AZ

MPL: Mərdəkanda mərkəzi oyun, "Zirə" "Sumqayıt"la üz-üzə

Misli Premyer Liqasında 9-cu tur davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən turun daha 2 oyunu bu gün baş tutacaq.

Turun mərkəzi oyunu Mərdəkanda keçiriləcək. Yayda Azərbaycanı avrokuboklarda təmsil edən iki komanda - "Araz-Naxçıvan" və "Sabah" "Liv Bona Dea Arena"da münasibətlərinə aydınlıq gətirəcəklər. Saat 16:00-da başlayacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Günün ikinci oyunu da maraqlı mübarizə vəd edir. Ötən tur "Sabah"a uduzmaqla mövqeyini əldən verərək 6-cı pilləyə geriləyən "Zirə" "Sumqayıt"ı qonaq edəcək. Rəşad Sadıqovun komandası yenidən liderlər mövqeyinə dönmək üçün "gənclik şəhəri" təmsilçisinə mütləq qalib gəlməlidir. Saşa İliçin komandası isə "qartallar"ı özündən irəli buraxmamaq üçün matçdan xalla ayrılmaq əzmindədir.

Qeyd edək ki, turun açılış oyunlarında "Turan Tovuz" "Karvan-Yevlax"ı 2:1, "İmişli" isə "Kəpəz"i 3:0 hesabı ilə yenib. Sabah keçiriləcək "Qəbələ" - "Neftçi" və "Qarabağ" - "Şamaxı" oyunları ilə tura yekun vurulacaq. 

Misli Premyer Liqası
9-cu tur
25 oktyabr 

16:00. "Araz-Naxçıvan" – "Sabah"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mərdəkan. "Liv Bona Dea Arena"

18:30. "Zirə" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev, Namiq Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu
 

Seçilən
26
4
fanat.az

10Mənbələr