BAKI, 25 oktyabr. TELEQRAF
Rusiya prezidenti Vladimir Putin Qazaxıstan və Qırğızıstandan mənşəyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) aid olduğunu təsdiqləyən markasız malların idxalına icazə verən fərman imzalayıb.
Teleqraf xəbər verir ki, sənəd hüquqi aktların rəsmi nəşr portalında dərc olunub.
Fərmana əsasən, belə malların 10 dekabradək idxalı “gömrük və məhsul markalanması üzrə öhdəliklərin pozulması” kimi qiymətləndirilməyəcək.
Qərara görə, idxalçılar malların daşınması və saxlanmasına cavabdeh olmalı, Rusiya Sənaye və Ticarət Nazirliyinə məlumat verməli və sonradan məhsulları markalamalıdırlar.
Bundan əlavə, bu qayda ilə idxal olunan mallar 27 dekabradək ümumi qaydalar əsasında gömrük bəyannaməsindən keçməlidir.
Prezident Putinin tapşırığına əsasən, bu mallar barədə bütün məlumatlar dövlət informasiya sisteminə daxil ediləcək.