AZ

Maduro: ABŞ Karib hövzəsində yeni müharibəyə hazırlaşır

BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ Karib hövzəsində yeni müharibə hazırlıqları aparır.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro açıqlayıb

Dövlət başçısı qeyd edib ki, Vaşinqton müharibələrə qarışmayacağına söz versə də, hazırda “yeni qarşıdurma təşkil etməklə” məşğuldur.

“Biz bu müharibənin qarşısını alacağıq. Necə? Cənubi Amerika xalqlarının səfərbərliyi ilə. Çünki bütün Cənubi Amerika və Karib xalqları ‘müharibəyə yox, sülhə, rifaha və harmoniya bəli’ deyir”, — Maduro vurğulayıb.

Onun sözlərinə görə, “ABŞ xalqına da sual vermək lazımdır: onlar Vyetnamda olduğu kimi, indi də Cənubi Amerikada – Kolumbiya, Venesuela və bütün Karib regionuna qarşı yeni müharibə istəyirlərmi?”

Seçilən
82
50
teleqraf.com

10Mənbələr