AZ

Konor Makqreqor dini təcrübədən sonra MMA-ya qayıtmağa hazırlaşır

Bakı. Trend:

UFC-nin keçmiş ikiqat çempionu, 37 yaşlı irlandiyalı KonorMakqreqor dində qurtuluş tapdığını və buna görə də MMA karyerasınaqayıtmağa hazırlaşdığını açıqlayıb.

Trend xəbər verirki, Makqreqor Tanrının yolunu izləyərək xilas olduğunubildirib.

O, "AgFight" nəşrinə verdiyi açıqlamada deyib:

“Mən burada təsadüfi deyiləm. Mənim və hər birimizin yolunumüəyyən edən daha yüksək bir güc var. Mən Tanrının sözü iləyaşayıram. İştirak etdiyim son turnirdən sonra mənəvi səyahətəbaşladım və indi inanıram ki, xilasa nail oldum.

İndi bu dünya xüsusi bir şey gözləyir. Bir vaxtlar ürəyimdəyanan rəqabət odu yenidən alovlanır. Buna görə də çox ilhamlanmışamvə həyəcanlıyam.

Özümü toparlamalı idim və bunu etdim. MMA-da insanlara mirasqoymaq istəyirəm. Hazırda karyeramın elə bir mərhələsindəyəm ki,geri qayıtmağa və qabiliyyətlərimi göstərməyə hazırlaşıram.”

Makqreqor 66 kq və 70 kq çəki dərəcələrində çıxış edib və dünyaüzrə milyonlarla azarkeş tərəfindən tanınır.

Seçilən
131
az.trend.az

1Mənbələr