"Xaç atası" filminin rejissoru Frensis Ford Koppola vəsait çatışmazlığı üzündən əşyalarını satmaq məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, 6 dekabrda "Xaç atası" trilogiyasının rejissoru "Phillips"də yeddi qol saatından ibarət kolleksiyanı hərraca çıxaracaq. Saatlardan biri rejissorun 2014-cü ildə İsveçrə saat şirkəti "F.P. Journe" ilə əməkdaşlığı əsasında hazırlanıb. Saat məhdud sayda istehsal olunub və 1 milyon dollara başa gəlib.
"Suda qalmaq üçün bir az pul toplamalıyam", - deyə Koppola izah edib.
Koppolanın sonuncu filmi "Meqalopolis" 2024-cü ildə nümayiş olunub və rejissor onun istehsalı üçün öz cibindən pul ödəyib. Film kassada heç bir gəlir əldə edə bilməyib.