AZ

Mourinyo Fənərbağça dan buna görə gedibmiş AÇIQLAMA

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Mövsümün əvvəlində "Fənərbağça"dan ayrılaraq Portuqaliya "Benfika"sının baş məşqçisi olan Joze Mourinyo komandasında çətin günlər yaşayır.

Lent.az "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, Çempionlar Liqasında "Benfika"nın "Nyukasl Yunayted"ə 3-0 hesabı ilə uduzmasından sonra tənqid hədəfinə çevrilən portuqaliyalı məşqçi mətbuat konfransında diqqətəlayiq açıqlamalar verib:

"Kerem Aktürkoğlunu "Fənərbağça"nın heyətinə qatmaq üçün əlimdən gələni etdim. Bəlkə də "Fənərbağça"dan ayrılmağımın səbəblərindən biri də bu idi. Onu ala bilmədiyim zaman çox məyus oldum. Nə "Fənərbağça"da, nə də "Benfika"da onunla işləmək imkanı əldə etmədim. Bu, mənim üçün çox kədərlidir. Bəzən hətta bir oyunçu belə komandanın balansını tamamilə dəyişə bilər", - deyə Mourinyo qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
lent.az

1Mənbələr