AZ

Rütte: Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ilə bağlı qərar hələ baxış mərhələsindədir

NATO Baş katibi Mark Rütte bildirib ki, Ukraynaya müəyyən növ silahların verilməsi hər bir müttəfiqin öz suveren qərarıdır, lakin ABŞ Prezidenti Donald Trampın “Tomahawk” raketlərinin verilməsi ilə bağlı qərarı hələ də baxış mərhələsindədir.

APA xəbər verir ki, bu barədə Rütte Londonda keçirilən “İstəklilər koalisiyası”nın iclasından sonra jurnaistlərə açıqlama verib.

Jurnalistlərin “ABŞ Prezidenti Donald Tramp Ukraynaya ‘Tomahawk’ raketlərini verəcəkmi?” sualına cavab olaraq Rütte qeyd edib ki,

“Bu, hər bir müttəfiqin öz qərarıdır — kim hansı tip silahı Ukraynaya vermək istəyirsə, bu, onun seçimidir.”

NATO Baş katibi əlavə edib ki, Ukrayna özünü müdafiə etmək üçün Rusiya ərazisində hədəflərə zərbə endirmək hüququna malikdir.

Seçilən
80
1
apa.az

2Mənbələr