AZ

Azərbaycan alimləri Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Astana, 25 oktyabr, AZƏRTAC

Qazaxıstanın Yesik şəhərində “Arxeologiya sahəsində beynəlxalq tədqiqatlar: təcrübə, nəticələr və prioritet istiqamətlər” mövzusunda “Yesik okuları” VI Beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Çin, Böyük Britaniya, Rusiya, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan alim və mütəxəssislər iştirak ediblər.

Plenar iclas və panel sessiyalar çərçivəsində arxeoloji abidələrin qorunması və səmərəli istifadəsi, fənlərarası tədqiqatlar, irsi obyektlərin mühafizəsi metodları, eləcə də muzey işi sahəsində aktual çağırışlar müzakirə olunub.

Konfransın yekununda qəbul edilən qətnamədə arxeologiyanın nəzəri və tətbiqi aspektlərinin daha da inkişaf etdirilməsinin, elmi və muzey tədqiqatlarının keyfiyyətinin artırılmasının, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
141
3
azertag.az

4Mənbələr