AZ

Dmitriyev: Putin və Trampın görüşü baş tutacaq

BAKI, 25 oktyabr. TELEQRAF

Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) rəhbəri və Prezidentin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın görüşü planlaşdırıldığı kimi keçiriləcəyini açıqlayıb.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, Dmitriyev sammitin ləğv edilmədiyini, sadəcə olaraq, daha sonrakı tarixə təxirə salındığını deyib.

“Putin və Trampın görüşü baş tutacaq, sadəcə, bir qədər sonra. Görüş, yəqin ki, daha ətraflı diplomatik hazırlıq tələb etdiyi üçün təxirə salınıb”, - deyə RFPI rəhbəri qeyd edib.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Prezidenti Donald Tramp Budapeştdə Vladimir Putinlə planlaşdırılan görüşün ləğv edildiyini açıqlamışdı.

Seçilən
116
teleqraf.com

1Mənbələr