GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna Rusiya ilə silahlı münaqişənin həllində daha real mövqeyə doğru irəliləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici dövlətlərlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.
Jurnalist Lara Loqana müsahibəsində Dmitriyev vurğulayıb ki, o, Ukrayna münaqişəsinin həllini vacib hesab edir, lakin real həllin necə görünəcəyini müəyyən edərkən hər iki tərəfin – Rusiya və Ukraynanın məqbul hesab etdiyi variantları nəzərə almaq lazımdır.
“Düşünürəm ki, Ukrayna da daha düzgün mövqeyə doğru irəliləyir. Artıq bizim üçün real sülhün vaxtı çatıb”, – deyə Dmitriyev bildirib.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.