AZ

Türkiyə sabiq MİT əməkdaşını Suriyaya səfir təyin edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə sabiq Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşını Suriyaya səfir təyin edib.

TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan öz müavini Nuh Yılmazı Türkiyənin Suriyadakı səfiri vəzifəsinə təyin edib.

İndiyə qədər Türkiyə Suriyada yalnız müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunurdu. Nuh Yılmazın səfir təyin olunması, mühüm diplomatik jest kimi qiymətləndirilir.

Yılmaz 2024-cü ilin may ayından nazir müavini vəzifəsini icra edib. O, nazir Fidan kimi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sabiq əməkdaşıdır və İngilis dilini mükəmməl bilir. Daha əvvəl Vaşinqtonda bir neçə diplomatik vəzifə tutub və ABŞ-da dərs deyib.

Xatırladaq ki, Ankara və Dəməşq arasında diplomatik əlaqələr keçmiş Suriya rəhbəri Bəşər Əsəd dövründə kəsilmişdi. Dekabr ayında Əhməd əş Şəraanın hakimiyyətə gəlməsi ilə iki ölkə iqtisadi və hərbi sahələrdə əməkdaşlığı bərpa etməyə və əlaqələri gücləndirməyə başlayıb.

Seçilən
139
turkic.world

1Mənbələr