AZ

Ermənistan müdafiə naziri Azərbaycanla sərhəd məsələsinə toxundu

Ermənistanın müdafiə naziri Suren Papikyan Vaşinqtonda 8 avqustda keçirilən danışıqlardan sonra regiondakı vəziyyətin sabitləşdiyini bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə ölkənin İctimai Televiziyasına müsahibəsində danışıb.

“Avqustun 8-də Vaşinqtonda keçirilən danışıqlardan sonra Ermənistan–Azərbaycan sərhədində ciddi insident qeydə alınmayıb”, – Papikyan vurğulayıb.

Nazirin sözlərinə görə, diplomatik təmasların intensivləşməsi və beynəlxalq vasitəçilərin səyləri bölgədə gərginliyin azaldılmasına təsir edib.

Papikyan həmçinin qeyd edib ki, Ermənistan sülh danışıqlarının davam etdirilməsində maraqlıdır və sərhəddə sabitliyin qorunmasını prioritet hesab edir.

Seçilən
66
2
konkret.az

3Mənbələr