ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Belçikanın xarici ticarət naziri Teo FrankenQərbin Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək planlarına sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İ24news” məlumat yayıb. Nazir xəbərdarlıq edib ki, Vladimir Putin bu addımı müharibə aktı kimi qiymətləndirəcək və ciddi cavab tədbirləri görəcək.
Nazir sosial şəbəkə hesabında yazıb:
“Putin bu milyardlardan heç vaxt əl çəkməyəcək. O, buna müharibə aktı kimi baxacaq və Belçikaya ciddi zərbə vuracaq. Bu, ağrılı olacaq. Çox ağrılı olacaq”.
Frankenin sözlərinə görə, Kreml cavab olaraq Rusiyada saxlanılan Qərb ölkələrinə məxsus 200 milyard rublu müsadirə edə bilər.
“Bu, təkcə Belçika vəsaiti deyil – ABŞ, Almaniya və Fransa kimi böyük ölkələrin pulları da risk altındadır,” – nazir əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqı və G7 ölkələri Rusiyanın dondurulmuş maliyyə aktivlərindən Ukraynanın bərpası üçün istifadə imkanlarını nəzərdən keçirirlər. Kreml isə belə addımı “qanunsuz və düşməncəsinə” qiymətləndirib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.