“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının portuqaliyalı futbolçusu Mateus Nuneşin çıxışı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib:
“Nuneş fantastik sağ cinah müdafiəçisinə çevrilə bilər. Əslində, o, dayaq yarımmüdafiəçisidir, amma fiziki gücü və enerjisi heyrətamizdir. Ən yaxşısı olmaq potensialı var – indi hər şey özündən asılıdır. Biz bunun üzərində çox işləyirik.”
Portuqaliyalı futbolçu cari mövsümdə 9 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Mançester Siti”nin növbəti oyunu bazar günü, oktyabrın 26-da səfərdə “Aston Villa” ilə olacaq.