AZ

Ər Riyadda ilk dəfə olaraq “Fortune” Qlobal Forumu keçiriləcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 26-dan 27-dək Ər-Riyadda ilk dəfə olaraq “Fortune” Qlobal Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Forum biznesin gələcəyi üçün əsas amillərdən olan süni intellektin müxtəlif sahələrə təsiri barədə açıq müzakirələr aparmaq üçün bir platformadır.

Beynəlxalq və yerli mütəxəssislər süni intellektin idman, media, ticarət və maliyyə sahələrinə təsiri barədə fikir mübadiləsi aparacaqlar.

Eyni zamanda, böyük şirkətlərin rəhbərləri, siyasətçilər arasında ikitərəfli görüşlər də keçiriləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
125
1
azertag.az

2Mənbələr