Çempionlar Liqasının III turunda PSJ “Bayer”i 7:2 hesabı ilə darmadağın edib.
90deqiqe.Az “Statsdufoot”a istinadən xəbər verir ki, bu, Luis Enrike rəhbərliyindəki komanda üçün tarixi uğurdur.
Paris klubu bir təqvim ilində Çempionlar Liqasında vurulan qollar rekordunu yeniləyib. “Bayer”lə görüşdən sonra PSJ 2025-ci ildə ümumilikdə 39 qol vuraraq 2002-ci ildə “Mançester Yunayted”in vurduğu 38 qol rekordunu keçib.
Fransız komandası bu il hələ “Bavariya”, “Tottenhem” və “Atletik” Birlbao ilə oyunlar keçirəcək.
Üç turdan sonra PSJ 9 xalla Çempionlar Liqasında turnir cədvəlində liderdir.