"Samsung"un yeni nəsil flaqmanı "Galaxy S26" seriyasının təqdimatının ənənəvi olaraq yanvar ayında deyil, mart ayına qədər təxirə salına biləcəyi iddia olunur. Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, gecikmənin əsas səbəbləri arasında model strategiyasındakı dəyişikliklər və çipset göstərilir. iddialara görə, zəif satış performansı səbəbindən "Galaxy S26 Edge" ləğv ediləcək, əvəzində isə "Galaxy S26 Plus" əlavə ediləcək. Yeni modelin son anda plana salınması şirkətə əlavə vaxt tələb edib. Bundan başqa, adlandırma ilə bağlı qarışıqlıq da olub. Əvvəlcə əsas modelin "S26 Pro" adlanacağı müzakirə olunsa da, bu ideyadan imtina edilib. Eyni zamanda, hansı modellərin Exynos 2600 çipseti ilə təqdim ediləcəyi barədə şirkət daxilində dəqiq qərar hələ qəbul edilməyib.Mütəxəssislər bildirirlər ki, bütün bu dəyişikliklər və texniki qeyri-müəyyənliklər təqdimatın mart ayına qədər uzanmasına səbəb ola bilər.