BAKI, 24 oktyabr. TELEQRAF
ABŞ Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, oktyabrın 19-da Tramp Kolumbiya prezidentindən ölkədə narkotik istehsalının dərhal dayandırılmasını tələb edib.
Oktyabrın 23-də Petro narkotik ticarəti ilə məşğul olan Kolumbiya vətəndaşlarının ABŞ-də yaşadıqlarını və öz işlərini yerinə yetirmək üçün Trampla əlaqələrindən istifadə etdiklərini bildirib.
Ağ Evin rəhbəri də öz növbəsində Petronu tənqid edib, onu cinayətkar və quldur adlandırıb.
 
                        