AZ

BDU süni intellekt etikası üzrə beynəlxalq tədbirin təşkili üçün 42 min manatlıq müqavilə bağladı

“Bakı Dövlət Universiteti” publik hüquqi şəxs süni intellektin etikası mövzusunda beynəlxalq tədbirin keçirilməsi ilə bağlı satınalma həyata keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, universitet tərəfindən elan olunan satınalmanın qalibi “Admedia.az” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Müqavilənin dəyəri 42.389,73 manat təşkil edir.

Layihə çərçivəsində “Türk Dünyasının 1-ci Beynəlxalq Konfransı – Süni intellektin etikası” və “Ağıllı gələcək: Süni intellekt və etikası üzrə 1-ci Payız Məktəbi” tədbirlərinin təşkili və müvafiq xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Seçilən
74
1
nocomment.az

2Mənbələr