İtaliyalı velosipedçi Kevin Bonaldo cümə günü, oktyabrın 24-də Viçentsadakı xəstəxanada dünyasını dəyişib.
Publika.az xəbər verir ki, məlumatı 26 yaşlı idmançının üzvü olduğu komanda - “SC Padovani Polo Cherry Bank” yayıb.
Sentyabrın 21-də Piccola San Remo yarışı zamanı Bonaldo infarkt keçirib, bundan sonra o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və bir ay reanimasiyada yatıb.