AZ

NATO baş katibi: Putinin pulu, əsgəri və ideyaları tükənir

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibədə resursları tükənmək üzrədir.

Editor.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Londonda keçirilən “İstəkli Ölkələr Koalisiyası”nın iclasından sonra təşkil olunan mətbuat konfransında bildirib.

Rüttenin sözlərinə görə, Kreml həm maliyyə, həm də insan resursları baxımından ciddi çətinliklərlə üzləşib.
“Putinin pulu, əsgəri və ideyaları tükənir. Rusiya getdikcə daha çox zəifləyir, Ukrayna isə beynəlxalq dəstəyin sayəsində mövqelərini gücləndirir,” – deyə NATO baş katibi vurğulayıb.

Qeyd edək ki, iclas zamanı iştirakçı ölkələr Ukraynaya hərbi və maliyyə yardımının davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
54
editor.az

1Mənbələr