
Fransa Ukraynaya əlavə "Aster" zenit raketləri və "Mirage" qırıcı təyyarələri tədarük etmək niyyətindədir.
AFN.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Kiyevə kömək məqsədilə keçirilən "Könüllülər koalisiyası"nın iclasında açıqlayıb.
Makron bildirib: "Yaxın günlərdə əlavə "Aster" raketləri tədarük edəcək, Ukrayna hərbi qulluqçuları üçün yeni təlim proqramları həyata keçirəcək və əlavə Mirage təyyarələri göndərəcəyik". Onun çıxışı Yelisey Sarayının Facebook səhifəsində dərc edilib.
Fransa lideri əlavə edib ki, Fransa koalisiya üzvləri ilə birlikdə əlavə təşəbbüslər də elan edəcək. Bundan başqa, Makron vurğulayıb ki, "Könüllülər koalisiyası" Ukraynaya enerji infrastrukturunun gücləndirilməsində kömək etməyə davam etməlidir.