
Conni Depp Çarlz Dikkensin məşhur “A Christmas Carol” romanının yeni adaptasiyasında Ebenezer Skruc rolunda böyük ekrana qayıdacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Paramount Pictures” məlumat yayıb.
Bildirilib ki, “Ebenezer: Milad mahnısı” adlı film 13 noyabr 2026-cı ildə kinoteatrlarda nümayiş olunacaq.
“Bu versiya Dikkensin Londonunda cərəyan edən cazibədar bir xəyal hekayəsidir. Film bir adamın keçmiş, indi və gələcəklə üzləşərək ikinci şans üçün mübarizə aparan səyahətini göstərir”, - press-relizdə deyilir.
Filmə “X”, “İnci” və “Maxxine” filmlərindəki işi ilə tanınan Ti Uest rejissorluq edəcək, ekran işini isə Nataniel Halpern edəcək. Filmdə “Oskar” mükafatına namizəd Andrea Rayzboro da çəkilib.