AZ

Rusiya silahları döyüş mövqeyində: Yeni müharibəyə hazırlıq başladı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Venesuela ətrafında gərginlik sürətlə artır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Qeyd olunub ki, ötən gün ABŞ Prezidenti Donald Trampın ABŞ-ın Venesuelada narkotik kartellərinə qarşı quru hərbi əməliyyat hazırlama planı Venesuela rezonanas doğurub. Tramp bunun məqsədinin narkotik ticarətini tamamilə dayandırmaq olduğunu vurğulayıb.

Bu açıqlama Karakasda sərt reaksiya ilə qarşılanıb. Venesuela Silahlı Qüvvələri Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini, o cümlədən Buk-M2E komplekslərini sahil bölgələrində və strateji obyektlərdə yerləşdirməyə başlayıb.

Prezident Nikolas Maduro fövqəladə çıxış edərək ölkənin suverenliyinin təhdid altında olduğunu bildirib və ümumi səfərbərliyi istisna etmədiyini vurğulayıb:

“Biz istənilən ssenariyə hazırıq. Venesuela xalqı işğala icazə verməyəcək. Lazım gələrsə, səfərbərlik elan ediləcək. Venesuela özünü müdafiə edəcək”.

Maduro çıxışının sonunda ingilis dilində Donald Trampa emosional müraciət edərək sülh çağırışı edib:

“No war, no war, no war… Only peace, only eternal peace! No crazy war, no madness, please… Please, Mr. Trump!”

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
globalinfo.az

1Mənbələr