AZ

Məşhur cinayətkar Çinə ekstradisiya edildi

Oktyabrın 23-də Meksika ABŞ hakimiyyəti tərəfindən fentanil paylanması ittihamı ilə axtarışda olan Çin vətəndaşı Zhi Dong Zhang-ı ABŞ-a ekstradisiya edib. İyul ayında o, ekstradisiya müddətində saxlanıldığı Meksikada ev dustaqlığından qaçıb. ABŞ Ədliyyə Nazirliyi iddia edir ki, Zhi Dong Zhang Çin kimyəvi istehsalçıları ilə fentanil istehsal edən Meksika narkotik kartelləri arasında əsas əlaqədir.

Editor.az xəbər verir ki, The Wall Street Journal (WSJ) qəzetinin məlumatına görə, Meksikada ev dustaqlığından qaçdıqdan sonra Zhi Dong Zhang şəxsi təyyarə ilə Kubaya uçub və ABŞ və Meksika prokurorlarının əlininin çatmayacağına inandığı Rusiyaya getmək istəyib. ABŞ hüquq-mühafizə orqanlarının rəsmiləri WSJ-yə bildiriblər ki, “Rusiya hakimiyyəti isə onun ölkəyə girişinə icazə verməyib və dərhal Kubaya qayıtmasını əmr edib”. O, Kubada tutulub və Meksikaya geri göndərilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
91
editor.az

1Mənbələr