
Kiyevə "Tomahawk" raketlərinin verilməsi qərarı yalnız Vaşinqton tərəfindən verilə bilər; NATO-nun bu məsələdə heç bir səlahiyyəti yoxdur.
AFN.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte "Könüllülər koalisiyası"nın iclasından sonra gələcəkdə "Tomahawk"ları Ukraynaya təhvil verməyə ümid edib-etmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.
Baş katib NATO-nun məsələyə heç bir təsirinin olmadığını vurğulayaraq bildirib: "Hansı silahların təhvil veriləcəyi ilə bağlı bu qərarı yalnız NATO üzv ölkələrinin özləri verə bilər".
O, belə bir nəticənin mümkün olub-olmadığı və ya nə vaxt baş verə biləcəyi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.