Moskva "Dinamo"sunun şərəfini qoruyan azərbaycanlı oyunçu Ülvi Babayev karyerasını ölkəmizdə davam etdirə bilər.
"Football-plus.az"ın əldə etdiyi məlumata görə, 21 yaşlı futbolçu "Qarabağ"ın diqqət mərkəzindədi. Ağdam təmsilçisi sol cinah vingerini qış "transfer pəncərəsi" çərçivəsində heyətinə qatmaq arzusundadı.
Maraq üçün qeyd edək ki, Ülvi iki gün əvvəl Rusiya kubokunda "Krılya Sovetov"a qarşı keçirilən matçda (4:0) het-trikə imza atıb. Bu mövsüm Rusiya çempionatında 5 oyunda şans qazanan futbolçu 1 qolla yadda qalıb.
Onun "Dinamo"yla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Ülvinin "transfermarkt"dakı dəyəri 350 min avrodu.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta