GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fransa gələn il Ukraynaya qoşun yerləşdirməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi, general Pyer Şill deyib.
“Lazım gələrsə, biz Ukrayna üçün təhlükəsizlik zəmanətləri çərçivəsində qüvvələr yerləşdirməyə hazır olacağıq”, – deyə general vurğulayıb.
Şillin sözlərinə görə, gələn il “İstəklilər koalisiyası” formatında fəaliyyət planlaşdırılır və Fransa bu koalisiyanın aparıcı iştirakçılarından biri olacaq. O qeyd edib ki, koalisiya qüvvələri eyni anda üç müxtəlif əməliyyat şəraitində hərəkət etməyə hazırdır, bu isə Ukraynada hərbi iştirak ehtimalını istisna etmir.
Fransa ordusunun rəhbəri həmçinin Avropanı qaçılmaz müharibə riskin qarşı ayıq olmağa çağırıb. Onun fikrincə, dünya yeni mərhələyə daxil olub.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.