AZ

Məsud Pezeşkian yenə Azərbaycan dilində oxudu

İran Prezidenti Məsud Pezeşkian şair Məhəmməd Hüseyn Şəhriyarın məşhur şeirindən bir parçanı Azərbaycan dilində oxuyub.

Bu prezidentin Qərbi Azərbaycan əyalətinə səfəri zamanı baş verib və Pezeşkian Urmiya şəhərində alimlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə iştirak edib. Tədbir zamanı o, şair Məhəmməd Hüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir parçanı Azərbaycan dilində oxuyub. İfa iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
78
editor.az

1Mənbələr