Yayda “Nürnberq”dən ayrılıb “Kaiserslautern”ə keçən Mahir Emreli orada əsas heyətdə özünə yer tapa bilmir.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu son 9 turda cəmi 3 dəfə meydana çıxıb və hesabında qol yoxdur. Almaniyada artıq onun bu qərarından peşman olduğu barədə xəbərlər yayılıb.

Məhz bu iddiaları “Nürnberq”in baş məşqçisi Miroslav Kloze də dolayısıyla təsdiqləyib. O, mətbuat konfransında Emreli ilə hələ də əlaqə saxladıqlarını bildirib:

“Bəli, o burada idi. Stadiona gəlmişdi. Aramızda əlaqə var. Onun vəziyyəti ilə bağlı çox danışmamışıq, amma aydındır ki, hazırkı durumdan məmnun deyil.”

İddialara görə, 28 yaşlı hücumçunun qışda “Nürnberq”ə qayıtmaq ehtimalı gündəmdədir. Lakin müqavilə və maliyyə şərtləri hələlik əsas maneə olaraq qalır.