GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birgə terrorla mübarizə təlimi olan “Səhənd-Antiterror-2025” dekabrın 4-də İranda keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın Regional Terrorla Mübarizə Strukturunun direktoru Ularbek Şarşeyev deyib.
O bildirib ki, Regional Terrorla Mübarizə Strukturu ŞƏT-ə üzv dövlətlərinin səlahiyyətli orqanları “Səhənd-Antiterror-2025” üçün hazırlıqları başa çatdırır.
Şarşeyevin sözlərinə görə, bağlanış mərasiminin də dekabrın 4-də İranın Təbriz şəhəri yaxınlığında keçirilməsi gözlənilir.
O əlavə edib ki, yaxın gələcəkdə təlim iştirakçılarına və müşahidəçilərinə dəvətnamələr və proqram göndəriləcək.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.