AZ

Dünyanın ən yaxşı aviaşirkəti

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Forbes Travel Guide" dünyada ən yaxşı aviaşirkətin adını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ada Dubayın "Emirates" hava şirkəti layiq görülüb.

Dərginin rəyinə görə, sərnişinlərə yüksək xidmət göstərən və pulsuz wi-fi təqdim edən "Delta Air Lines" ABŞ-nin ən yaxşı hava şirkəti elan olunub. 

Daha bir maraqlı məqam nisbətən kiçik şirkətlərlə bağlıdır. Ən yaxşı "balaca" adı JSX şirkətinə (ABŞ) verilib.

Qeyd edək ki, 1985-ci ildə yaradılan "Emirates" dünyanın ən böyük aviaşirkətlərindən biridir. Şirkətin təyyarələri 6 qitənin 80-dən çox ölkəsinə, 150-dən çox məntəqəyə həftə ərzində 3600-dən çox reys yerinə yetirir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
525.az

1Mənbələr