GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonun dəvəti ilə Moskva-Vaşinqton dialoqunu davam etdirmək üçün ABŞ-a gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
“Mən Amerika tərəfinin dəvəti ilə ABŞ-dayam. Bu səfər çoxdan planlaşdırılmışdı. Amerika tərəfinin son zamanlar atdığı bir sıra qeyri-dost hərəkətlərinə baxmayaraq, görüş onlar tərəfindən ləğv edilməyib”, – Dmitriyev bildirib.
Səfəri zamanı o, Donald Tramp administrasiyasının bir neçə nümayəndəsi ilə görüşmək niyyətində olduğunu diqqətə çatdırıb.
“Düşünürəm ki, ictimaiyyətə açıqlayacağımız məqamlar olacaq. Lakin əsasən Rusiyanın maraqlarına uyğun bağlı qapılar arxasında müzakirələr aparılacaq.
O, qeyd edib ki, bu dialoq bütün dünya üçün həyati əhəmiyyət kəsb edir. Rusiyanın mövqeyini tam başa düşmək və milli maraqlarına hörmət etmək üçün davamlı olmalıdır.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.