AZ

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi bürünc medal görüşünə çıxacaq

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatıdavam edir.

Trend-inməlumatına görə, həm qadın, həm də sərbəst güləş üzrə Azərbaycanmillisinin üzvləri yarışlarda çıxış ediblər.

Qadın güləşçilər arasında Elnurə Məmmədova (53 kq) türkiyəliSıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finaldaispaniyalı Karla Solerə 11:14 hesabı ilə uduzub.

Günay Qurbanova (59 kq) debütdə bolqarıstanlı ViktoriyaBoynovanı 8:1 hesabı ilə məğlub edib. Daha sonra o, moldovalıMadalina Prisakariyə (11:0) və qazaxıstanlı Viktoriya Xusaynovaya(tuşla) qalib gələrək yarımfinala yüksəlib. Yaponiyalı RukaNatamiylə qarşılaşmada Qurbanova son saniyələrdə qələbəni əldənverib – 1:3. O, sabah bürünc medal uğrunda güləşəcək.

Birgül Soltanova (62 kq) isə təsnifat mərhələsində rusiyalıYekaterina Koşkinaya “tuş”la məğlub olub.

Sərbəst güləş üzrə yarışlarda Maqomed-Başir Xaniyev (74 kq) ilkmərhələdə yunanıstanlı Georgios Yoakeymidisi 10:0 hesabı ilə məğlubedib. Ardınca ermənistanlı Qriqor Çolakyana (14:5) və Bəhreyntəmsilçisi Maqomedrasul Asluyevə (7:3) qalib gələn Xaniyevyarımfinala adlayıb. Lakin türkiyəli Muhammed Özmuşa 3:7 hesabı iləuduzaraq finalın bir addımlığında dayanı­b. Xaniyev sabah bürüncmedal uğrunda mübarizə aparacaq.

Sadiq Mustafazadə (92 kq) ispaniyalı Muxammedsultan Kopbayevi10:0 hesabı ilə məğlub etsə də, 1/8 finalda iranlı MohammadmobinAzimiyə 0:8 hesabı ilə uduzub. O da sabah təsəlliverici görüşdəxalçaya çıxacaq.

Seçilən
66
18
az.trend.az

10Mənbələr