BAKI, 24 oktyabr. TELEQRAF
Böyük Britaniya hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya əlavə 5 min raket verəcək.
Teleqraf xəbər verir ki, Baş nazir Keir Starmer bu barədə oktyabrın 24-də "istəklilər koalisiyası"nın iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
O həmçinin qeyd edib ki, Britaniya Ukraynanın müdafiəsini daha da gücləndirmək niyyətindədir və qışa qədər əlavə 140 raketlə təmin etmək üçün çalışır.
Oktyabrın 24-də “istəklilər koalisiyası” son iclasını keçirib.İştirakçılar digər məsələlərlə yanaşı, Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Kiyevə uzaqmənzilli raketlərin verilməsini müzakirə ediblər.
Koalisiya üzvləri Rusiyanın Avropadakı dondurulmuş aktivlərinə həbs qoyulmasını, eləcə də neft sektoruna "daha böyük zərbə vurmağı" müzakirə ediblər.