ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Keçmiş “Qalatasaray” futbolçusu Engin Baytar klubun hücumçusu Mauro İkardi ilə bağlı maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, Baytar Türkiyə mediasına açıqlamasında argentinalı forvardın son dövrlərdəki davranışlarını şərh edib:
“Hazırda İkardinin istədiyi tək şey 4 illik yeni müqavilədir. Bundan başqa bir məqsədi yoxdur. Amma onu da deyim ki, İkardi Osimheni yüz faiz qısqanır. Osimhen hər qol vurduqca İkardi sanki sarsılır, bu məni artıq heç təəccübləndirmir. Addım kimi əminəm!”
Baytar həmçinin əlavə edib ki, İkardi son vaxtlar rəqiblərin və azarkeşlərin təzyiqi altında özünü sübut etmək istəyir, lakin Osimhenin performansı argentinalı hücumçuya ciddi psixoloji təsir göstərir.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        