AZ

Rusiyanın yeni qara siyahı sında azərbaycanlı da var

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ruslan Süleymanov “xarici agent” elan edilib.

Globalinfo.az xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi tanınmış şərqşünas, azərbaycanlı jurnalist Ruslan Süleymanovu “xarici agent” (inoagent) kimi qeydiyyata alıb.

Ruslan Süleymanov hazırda Bakıda yaşayır və “CBC” televiziya kanalında çalışır.

Nazirliyin yenilənmiş reyestrinə Süleymanovla yanaşı, daha bir neçə media nümayəndəsi və ictimai layihə də daxil edilib. Siyahıda jurnalistlər İrina Kuzmiçeva və Nino Rosebaşvili, bloqer və Saratov vilayət Dumasının keçmiş deputatı Dmitri Çerniçevski, həmçinin “Qəzəbli Çuvaşiya” və “Ust-Kut24” layihələri yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
globalinfo.az

1Mənbələr