AZ

Filippində Kanlaon vulkanı püskürüb

Pekin, 24 oktyabr, AZƏRTAC

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu ölkənin mərkəzi hissəsindəki Kanlaon vulkanının püskürdüyünü açıqlayıb.

AZƏRTAC Filippin mediasına istinadla xəbər verir ki, yerli vaxtla saat 20:06-da püskürmə başlayıb və 2-3 dəqiqə davam edib. Nəticədə hündürlüyü 2 kilometrə çatan kül buludu yaranıb.

Kanlaon vulkanının püskürməsi ilə əlaqədar 2-ci səviyyədə xəbərdarlıq elan edilib, 4 kilometr radiusda ərazi təhlükəli zona olaraq qiymətləndirilib.

Qeyd edək ki, Neqros adalarında yerləşən Kanlaon dağı Filippindəki 24 aktiv vulkandan biridir. Bundan əvvəl aprel ayında püskürmüşdü.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
68
10
azertag.az

10Mənbələr