AZ

Azər Bağırov: “Qırmızı vərəqədən sonra oyun planımız pozuldu”

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Kəpəz”ni baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 9-cu turunda “İmişli”yə məğlub olduqları oyunla (0:3) bağlı danışıb.

QOL.az xəbər verir ki, matçdan sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən komandanın qırmızı vərəqə aldığı andan sonra oyun planının pozulduğunu bildirib: “Çox ağır məğlubiyyət aldıq. Qırmızı vərəqəyə qədər pis oynamırdıq, bəzi epizodlar alınırdı. Lakin qırmızıdan sonra bütün planlarımız pozuldu."

Bağırov ötən tur “Şamaxı”ya qarşı qazandıqları qələbəni təsadüfi saymır: “Futboldur, hər oyun fərqlidir. ‘Şamaxı’da rəqib qırmızı vərəqə alanda hesabda öndə idik. Bu gün isə ilk 25 dəqiqədə komanda pis oynamadı.”

Qapıçının çıxışı ilə bağlı suallara isə belə cavab verib: “Şərh etməyə ehtiyac yoxdur. Çox şey danışmaq olar, amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün qədər çox xal toplamalıyıq.”

“Qışda yeni qapıçı transferi gözlənilir?” sualına: “Hər şey ola bilər, düşünəcəyik,” deyə cavab verib.

Qapıçının seçiminin səbəblərini izah edərkən isə baş məşqçi bildirib ki, seçim məşqə yanaşma və intizam meyarlarına görə aparılıb: “Xüsusi bir səbəb yoxdur. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik.”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
qol.az

2Mənbələr