AZ

Balıq ovunun kvotası müəyyənləşdiriləcəkVİDEO

2026-cı il üçün Xəzər dənizində balıq ovunun kvotası müəyyənləşdiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, hazırda bununla bağlı araşdırma aparılır.

Dəniz və daxili sularda balıq ehtiyatlarının qiymətləndirilməsi üzrə ekspedisiya artıq yekunlaşıb.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, ekspedisiya müddətində su hövzələrində balıq və digər su bioresurslardan nümunələr toplanıb, ilkin elmi müşahidələr aparılıb.

Eyni zamanda balıqların yem bazasının öyrənilməsi məqsədilə götürülmüş su nümunələri hazırda laboratoriya şəraitində təhlil olunur.

Ekspedisiyanın üzvü Elşən Məcidov ilkin müşahidələrini də açıqlayıb.

Qeyd olunub ki, ekspedisiya Türkiyədən dəvət olunan mütəxəssislərin iştirakı ilə həyata keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
84
xezerxeber.az

1Mənbələr