Vaşinqton, 24 oktyabr, AZƏRTAC
ABŞ ordusu Karib hövzəsində narkotik daşıyan daha bir gəmiyə zərbə endirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-ın müdafiə katibi Pit Heqset açıqlama yayıb. Bildirilir ki, hücum nəticəsində 6 nəfər ölüb.
Müdafiə katibi gəminin Venesuelanın “Tren de Aragua” dəstəsinə məxsus olduğunu bildirib. Bu, son bir neçə ayda ABŞ-ın beynəlxalq sularda narkotik daşıdığı deyilən gəmilərə 10-cu zərbəsidir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton