AZ

“Futbolda moda dəyişir, uzun autlar buna yaxşı nümunədir”

“Nottinghem Forest”in baş məşqçisi Şon Dayç modern futbol komandalarının uzun autlardan istifadə barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “BBC” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Hazırkı standart vəziyyətlərə olan marağa baxın. Maraqlıdır ki, bir müddət öncə Toni Pulis uzun autlardan istifadə etdiyinə görə tənqid olunurdu, indi isə onu tərifləyirlər. Futbol belədir, moda daim dəyişir.”

Qeyd edək ki, Şon Dayç bu həftə “Forest”in baş məşqçisi təyin olunub və avstraliyalı Anqe Postekoglu ilə əvəzlənib. Onun rəhbərliyi altında komanda Avropa Liqasında güclü rəqib “Porto”nu 2:0 hesabı ilə məğlub edib. Həmin oyun keçən cümə axşamı baş tutub.

Seçilən
81
90deqiqe.az

1Mənbələr