AZ

HƏMAS Qəzzanın yenidən qurulmasına kimin nəzarət edəcəyini açıqladı

Qəzza zolağının yenidən qurulmasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə xüsusi beynəlxalq komissiya nəzarət edəcək.

Publika.az xəbər verir ki, bu barədə Qahirədə keçirilən danışıqlardan sonra Fələstin fraksiyaları məlumat verib.

Məlumata görə, prosesə nəzarət etmək üçün xüsusi beynəlxalq komissiya yaradılacaq.

HƏMAS əlavə edib ki, anklavda hakimiyyət müstəqil texnokratlardan ibarət Fələstin komitəsinə veriləcək. Komitə beynəlxalq təşkilatlar və ərəb dövlətlərinin nümayəndələri ilə əlaqələndirilərək zolaq sakinlərinin əsas ehtiyaclarını ödəməkdən məsul olacaq.

Seçilən
102
1
publika.az

2Mənbələr