AZ

“Napoli”də ciddi itki

“Napoli”nin qapıçısı Aleks Meret məşq zamanı ciddi zədə alıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamaya görə, tibbi müayinələr 28 yaşlı qolkiperin sağ ayağının ikinci daban sümüyündə (metatarsal sümük) qırıq aşkar edib.

Məlum zədəyə görə Meret bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Onun yoxluğunda komandanın qapısını serb qapıçı Vanya Milinkoviç-Saviç qoruyacaq. Serbiya millisinin üzvü bu yay “Torino”dan “Napoli”yə transfer olunub.

Cari mövsümdə Aleks Meret “Napoli”nin heyətində 4 oyunda iştirak edib və ümumilikdə 4 qol buraxıb.

Qeyd edək ki, “Napoli” hazırda İtaliya A Seriyasında 15 xalla 3-cü pillədə qərarlaşıb. Komanda liderdən cəmi 1 xal geri qalır.

Seçilən
106
90deqiqe.az

1Mənbələr