Rusiya Azərbaycan Diplomatik Akademiyası (ADA) və CBC-Azerbaijan televiziya kanalı ilə əməkdaşlıq edən Azərbaycan şərqşünası Ruslan Süleymanovu xarici agentlər siyahısına əlavə edib.
Musavat.com xəbər verrir ki, onun atası Lökbatandan, anası isə İrkutskdan olan azərbaycanlıdır.
2017-ci ildən 2022-ci ilə qədər Ruslan Süleymanov TASS xəbər agentliyində çalışıb. Rusiyanın Ukraynaya işğalı başladıqdan sonra etiraz olaraq agentliyi tərk edib.
O, həmçinin Paxlava Production kanalının əməkdaşıdır.
Ruslan Süleymanov İnkişaf və Diplomatiya İnstitutunda müstəqil tədqiqatçıdır. O, Azərbaycan və onun regional və qlobal oyunçularla əməkdaşlığı haqqında çoxsaylı məqalələr yazıb.
Musavat.com