
Slovakiya parlamentinin vitse-spikeri Andrey Danko, ölkə baş naziri Robert Fikonun Rusiyaya qarşı Avropanın 19-cu sanksiya paketini dəstəkləməsindən məyusluğunu ifadə edib.
"Onun qərarına hörmətlə yanaşıram, lakin Robert Fiko yenidən razılaşdığı üçün məyusluğumu bildirməliyəm," - deyə Danko bildirib.
23 oktyabr tarixində Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb ki, Rusiya tərəfi Aİ-nin yeni sanksiyalarına adekvat və ölçülü cavab verəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya yeni sanksiyalara öz milli maraqlarını nəzərə alaraq cavab verəcək.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
