Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya İrəvana səfərini ləğv edib.
"Unikal" xəbər verir ki, buna səbəb Litvanın Ermənistanda keçirilən beynəlxalq tədbirdə onu ən azı bir təhlükəsizlik işçisi ilə müşayiət etməkdən imtina etməsi olub.
Litva Diplomatik Xidməti Litvanın təhlükəsizlik sistemindəki dəyişikliklərin siyasi deyil, texniki bir qərar olduğunu bildirib.
Hökumət qanunla rəsmi Litva qonaqlarının yalnız Litva ərazisində qorunduğunu iddia edir.
Tixanovskayanın müşaviri Denis Kuçinski bildirib ki, komandası yüksək təhlükəsizlik riski səbəbindən İrəvana səfəri zamanı siyasətçinin şəxsi təhlükəsizliyini təmin etməyi xahiş edib və bunun üçün pul ödəməyi təklif edib, lakin rədd cavabı alıb.