Sanae Takaiçi başda olmaqla yeni Yaponiya hökuməti cənubi Kuril adaları (dörd şimal adası) məsələsinin həllinə sadiq qalır və Rusiya ilə sülh müqaviləsi imzalamaq niyyətindədir.
Bu barədə Yaponiyanın yeni xarici işlər naziri Toşimitsu Moteqi bildirib. Moteqi deyib ki, əsas prioritet arxipelaqın keçmiş yapon sakinlərinin qohumlarının məzarlarını ziyarət etmələri üçün cənubi Kuril adalarına səfərlərini bərpa etməkdir. Nazir mətbuat konfransında izah edib ki, “bu… vacib humanitar məsələdir”.
Yaponiya xarici işlər naziri Rusiya tərəfinin bu cür səfərlərin bərpasını təsdiqləyəcəyinə ümid etdiyini d’ bildirib. Lakin Toşimitsu Moteqi etiraf edib ki, “Rusiya ilə sülh müqaviləsi üzrə danışıqlarda hər hansı bir irəliləyişin mümkünlüyü hazırda mümkün deyil”.
Qeyd ed’k ki, 20-ci əsrin ortalarından bəri Rusiya və Yaponiya İkinci Dünya Müharibəsindən sonra sülh müqaviləsi üzrə məsləhətləşmələr aparırlar.
//Samir Qurbanov, Editor.az