AZ

Avropa Komissiyası Meta və TikTok u ittiham etdi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Avropa Komissiyası (AK) "Meta" və "TikTok"un Avropa Şurasının (AŞ) rəqəmsal normalarını pozduğuna dair ilkin qərar verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə AK-nın yaydığı açıqlamada bildirilib.

Məlumata görə, AK tərəfindən aparılan araşdırmalarının bir hissəsi olan bu qərar ilkin xarakter daşıyır və cərimələrin tətbiqinə gətirib çıxarmır, lakin şirkətlər AK-nın ittihamlarını üzərilərindən götürmək üçün tədbirlər görməlidirlər.

Komissiya hər iki şirkəti AŞ-nin Rəqəmsal Xidmətlər Qanununun tələb etdiyi kimi, "şəffaflığın təmin edilməsi" bəhanəsi ilə "Avropa müstəqil tədqiqatçılarının özünün daxili məlumatlarına girişini məhdudlaşdırmaqda" günahlandırıb. Bundan əlavə, AK "Meta" alqoritmlərindən də narazıdır ki, bu alqoritmlərin şirkət tərəfindən idarə olunan sosial media platformalarının istifadəçilərinə AŞ-də qadağan olunmuş məzmunun etiketlənməsi və silinməsi tələbləri üçün kifayət qədər alətlər təqdim etmədiyi iddia olunur.

Əgər internet şirkətləri AK-nı qane edən tədbirlər görməsələr, onlar öz illik mənfəətlərinin 10%-dək cərimə ödəməli olacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
oxu.az

2Mənbələr