Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yasamal rayonunda yerləşən bəzi sahibkarlardan sakinlər ciddi şəkildə narazıdırlar. Avtosfer.az xəbər verir ki, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən yaşayış binasının altındakı obyektlərdə aparılan tikinti və təmir işləri zamanı yaranan tullantılar səkilərə atılır və bu da həm piyadaların hərəkətinə, həm də ərazinin ümumi görünüşün təsir göstərir. Ərazidən istifadə edən vəyəndaşların sözlərinə görə, obyektdə gedən təmir işi zamanı səkilər zibil və materiallarla zəbt edilir. İddialara görə küçədə parkinq yerləri də qanunsuz şəkildə tutulur. Belə ki, bəzi obyekt sahibləri parkinq aparatları quraşdıraraq ərazini özləri üçün “şəxsi dayanacaq” halına gətiriblər.
Məsələ ilə bağlı həmin ərazidən istifadə edən vətəndaş saytımızın sosial şəbəkə hesabına bildirib ki, parkinq yerinə müəyyən maneə qurlaşdırılıb:
“Artıq Şərifzadə küçəsində nə səki qalır, nə də maşın saxlamağa yer. Obyektlər zibil və tikinti materiallarını səkilərə yığır, üstəlik, parkinq aparatlarını quraşdırıb yerləri özləri üçün saxlayırlar. Məhlədə parkinq tam mümkünsüz olub.”
Vətəndaş qeyd edib ki, bu barədə bina idarəsinə və bələdiyyəyə müraciət etsələr də, hələlik heç bir tədbir görülməyib. Sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görülməsini tələb edirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.